GGJ 2022 Diversifikasiya Siyahısı

Sponsorlu

Tək getməyin, BUNU götürün (Unity tərəfindən sponsorluq edilir): GGJ insanların bir araya gəlməsi, fikirlərini bölüşməsi və onları reallığa çevirməsi ilə bağlıdır. Unikal fokus elementi özündə birləşdirən insanlar və ya əşyalar haqqında bir oyun yaradın: "bu" nədir?

Emosional Rollercoaster (Dotbigbang tərəfindən sponsorluq edilir): Oyunçuda emosional reaksiya yaradan oyun yaradın. Gülüş, qorxu, sevinc, məhəbbət, sürpriz və ya nailiyyət hissi (Satoru İvatadan tərcümə olunub).

Vizyoner olun - (Sony Interactive Entertainment tərəfindən sponsorluq edilir): Oyununuzda VR dəstəyini aktivləşdirin və/yaxud oyununuzun bir hissəsi kimi göz izləmə imkanlarını tətbiq edin.

Britaniyadan ən yaxşısı - (UK Games Fund/Transfuzer tərəfindən sponsorluq edilir): Bu diversifikatordan yalnız Böyük Britaniyada yerləşən komandasınızsa istifadə etməlisiniz. İştirakçı komandalar Böyük Britaniya video oyunu əqli mülkiyyətindən və ya Birləşmiş Krallıq mərkəzli bir oyun inkişaf etdiricisi ya da studiosunda ilhamlanan, onun ruhunu tutan və ya ona hörmət göstərən məzmun təmin etməlidir. Birləşmiş Krallıqdan, qeyri adi istedadlar nümayiş etdirən, seçdiyiniz hərhansı bir oyunu görməkdən məmnun olarıq. İstər dünyaca məşhur bir AAA oyunu, istərsə də indie oyunu olsun, biz sizin Britaniyanın oyun inkişaf irsi ilə bağlı bütün gözəllikləri qeyd etmək üçün qoşulmağınızı istəyirik. Ətraflı məlumat üçün bura klikləyin: https://tranzfuser.com/global-game-jam-ukgtf-diversifier/ 

Mədəni İrsi qeyd edin və qoruyun - ( Cultural Antiquities Task Force of the US State Department tərəfindən sponsorluq edilir):Oyun müxtəlif mədəni incəsənəti, artefaktları, adət-ənənələri və oğurluq, talan, insan alveri, dağıntı və iqlim dəyişikliyi riski altında olan yerləri qeyd edir.

Davamlı ( Virtuos tərəfindən sponsorluq edilir ): Məhdud resurslarla məşğul olmaq yaradıcılıq üçün təkan ola bilər və daha böyük nailiyyətlərə səbəb ola bilər. Oyununuzda oyunçuları oyunu və ya səviyyəni(lər) tamamlamaq üçün yaradıcı həllər tapmağa təşviq edən ən azı bir məhdud resursdan istifadə edin (vaxt, enerji, hərəkətlər və s.).

Bilik üçün Quest (TwilioQuest tərəfindən sponsorluq edilir): TwilioQuest-in zəngin elmi-fantastik kainatında yeni dərslər əldə edin. Bizim böyüyən inkişafçılar icmasına hər hansı texniki aləti və ya konsepsiyanı öyrətmək üçün təhsil RPG çərçivəmizdən və məzmun yaratmaq alətlərimizdən istifadə edin. Ətraflı öyrənin və burada başlayın

Core Exercise (Core Games tərəfindən sponsorluq edilir): Qlobal Game Jam girişinizi yaratmaq üçün Əsas Oyunlar platformasından istifadə edin. Core-da yaradılmış girişlər 10.000 ABŞ dolları mükafat fondunun bir hissəsini qazanmaq hüququna malikdir; daha çox məlumat əldə edin https://bit.ly/Core-GGJ22

Əlçatanlıq

GAG10: http://www.gameaccessibilityguidelines.com Saytın 10 - cu  təlimatına əməl etməklə vebsaytın 10 illik yubileyini qeyd edin. 

Haradan gəldiyini görürəm: Səslərin gəldiyi istiqamət ekranda vizual olaraq göstərilir

Stressiz ( Stress Free) : Oyunçuya çətinlik səviyyəsini böyük ölçüdə azaldaraq oynama seçimi verin ( məsələm, düşman olmadan ya da zaman limiti olmadan oynamaq)

İncəsənət

Another Dimension: Voxel sənət tərzində bir oyun hazırlayan. 

20-ci əsrdə Oyun: Oyununuzdakı görüntülər 2000-ci ildən əvvəl bazara çıxmış olan bir avadanlığıa inkişaf etdirilmiş oyunların stilində olmalıdır.

Kəskin gözlə tanınan: Bütün oyun vizualları super kawaii (şirin) olmalıdır və oyunçuların elementləri identifikasiya etmək və rəng korluğuna kömək etmək üçün rənglər əvəzinə formalar, xətlər və yüksək kontrastlı təsvirlərdən istifadə etməlidir.

Səs

20-ci illərin melodiyaları…1920-ci illər: Oyununuzda 1923-cü ildən əvvəlki musiqi parçasından istifadə edin. 1923-cü ildən əvvəl düzəldilmiş bütün səs yazıları ABŞ-da ictimai sahəyə daxil olacaq - https://www.copyright.gov/music-modernization/ 

Klassiklər köhnəlməz: Retro üslublu olmayan oyunda yalnız chiptune səslər istifadə edin.

Qarışıq kaset (Mixtape): Oyununuz üçün hazırladığınız istənilən musiqini onlayn yükləyin və onu Creative Commons lisenziyası ilə paylaşın ki, başqaları ondan bu il və ya Global Game Jam 2023-də istifadə edə bilsin! Musiqinizi təqdim edin və ya bunun üçün istifadə etmək üçün musiqi tapın - Google Drive Folder

Kod

İşləmə zamanı, əyləncə zamanı:Heç bir aktivdən (asset) istifadə etmədən oyun yaradın. Bütün məzmununuz icra zamanı (runtime) koddan yaradılmalıdır.

Təmiz saxlayın: Kodunuzu təmiz saxlayın! Bir metod üçün 3-dən çox parametr, hər bir metod 15 sətirdən çox olmamalıdır! Onu maksimum təmiz saxlayın!

Yalnız bir oyun mənə moruq verməyə cəsarət edə bilər ( Only One Game Would Dare Give Me Raspberry): Oyununuzu Raspberry Pi kimi tək lövhəli kompüterdə inkişaf etdirməli və yerləşdirməlisiniz

Dizayn

Oynana bilən yerlər: Yerli icmanızda, küçələrdə, covid-təhlükəsiz şəkildə oynanıla bilən bir oyun yaradın.

Uğurun Açarı: Çox oyunçulu oyun hazırlayın. Hər oyunçu oyundakı hər hansı bir şeyə nəzarət etmək üçün sadəcə 1 düymədən istifadə edə bilməlidir.

Güc Birlikdədir: Simvolları və ya obyektləri qruplaşdırmaq ətrafında fırlanan bir oyun qurun.

Meta

Birlikdə Oynamaq üçün Hazırlandı: Oyununuz çox oyunçulu oyundur və onun fiziki komponenti də var, burada bütün oyunçular əsas mexanikada iştirak etmək üçün öz məkanlarında fiziki bir şey çap etməli / yaratmalıdırlar. Məsələn, fiziki zar və ya oyun lövhəsi ilə oynanan onlayn oyun.

Fasilə Ver: Komandanın hər bir üzvü hər 2-3 saatda bir fasilə verməlidir

Hərkəs Yaradıcıdır: Əməkdaşlarınızdan ən azı biri oyunlarda və ya oyun dizaynında ümumiyyətlə iştirak etməmiş biri olmalıdır. Onların oyuna töhfəsi əhəmiyyətli olmalı, sadəcə göstəriş üçün iştirak etməmilidirlər

Hekayə

Brxu Vhfuhw lv Vdih zlwk Ph:Oyununuzun oynanılmasına və ya hekayəsinə kriptoqrafiya və şifrələri daxil edin!

Öz Multi-versinizi yaradın: Oyununuzun hekayəsinə indi ictimai mülkiyyətdə olan ən azı iki bədii əsərin personajları daxil olmalıdır (məsələn, Böyük Qetsbi, Piter Pan, Gizli bağ, Xəzinə adası, Samurayın qızı və s.).

Qafiyə: Bütün oyundaxili dialoq/mətn/nitqiniz qafiyəli olmalıdır.